Basketbolçuların Avropa liqasında 4-cü turdan təxirə salınan oyun olub. Orta sıralarda gedən "Srvena Zvezda" autsayderlərdən sayılan "Lyon"u qəbul edib. Mövsümə ardıcıl 3 məğlubiyyətlə başlayan Fransa klubu bir müddət əvvəl uğursuz seriyaya son qoysa da, bu dəfə qalib gələ bilməyib.

Əvvəlcə fransalılar 21:17 hesabilə qalib gəlsələr də, 2-ci bölümdə 27;17 hesabla uduzublar. Serbiya klubu digər hissələrdə də təşəbbüsü eldən verməyərək muaviq olaraq 8 və 7 xal fərqlərilə üstün olaraq ümumi qələbəni təmin edi: "Lion" - "Srvena Zvezda" 68:89. Mövsümdə 2-ci qələbəsini qazanan Serbiya basketbolçuları hazırda 10-cu yerdədirlər. İndiki çempionatda 5 oyundan yalnız 1-də qalib gələn "Lion" isə 16-cıdır. Turnir cədvəlinə "Barselona" başçılıq edir.